
AFFA Gənclər Liqasının başlayacağı vaxtı açıqladı
AFFA-nın təşkilatıçılığı ilə keçirilən Gənclər Liqası turnirinin (U-19 yaş qrupu) 2020/2021-ci il mövsümü üçün başlama vaxtı açıqlanıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarışa oktyabrın 3-də start verilməsi planlaşdırılır.
Bununla əlaqədar liqada iştirak etmək istəyən komandalar sentyabrın 3-dən qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.
Əvvəlki illərdə Gənclər Liqasında iştirak etmiş komandalar müraciətini Qeydiyyat və statistika şöbəsinə ([email protected]), yeni qoşulmaq istəyən komandalar isə Uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinə ([email protected]) ünvanlamalıdır.
O da qeyd olunub ki, Gənclər Liqasının əsasnaməsinin müddəalarına uyğun komandalar müraciət edə bilərlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin