
AFFA-dan Emin Mahmudova görə xəbərdarlıq
AÇ-2020-nin seçmə mərhələsində Zaqreb şəhərində keçirilmiş Xorvatiya – Azərbaycan oyununun 72-ci dəqiqəsində meydana daxil olan Emin Mahmudovun formasının üzərindəki soyadında hərf səhvi olub.
Komanda.az AFFA-nın “facebook” səhifəsinə istinadən xəbər verir ki, qurum rəhbərliyi qeyd olunan texniki yanlışlıqla bağlı məsul şəxslərə ciddi xəbərdarlıq edib.
Xorvatiya – Azərbaycan matçı ev sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin