AFFA-dan yoxlama oyunu üçün pul mükafatı vədi
Azərbaycanın futbol üzrə milli komandasının üzvləri sabah Latviya ilə yoxlama oyununda qələbə qazanacaqları təqdirdə, mükafatlandırılacaqlar.
Komanda.az-ın AFFA-ya yaxın mənbədən əldə etdiyi məlumata görə, Latviya ilə matçda qazanılacaq qələbə hər futbolçuya 5 min manat qazandıracaq. AFFA-nın adi yoxlama oyununa görə bu məbləğdə mükafat vəd etməsinin səbəbi Malta ilə martın 25-də keçirilən sınaq matçındakı məğlubiyyətdir (0:1). Maltaya məğlubiyyətdən sonra idman mediasında və sosial şəbəkədə AFFA ciddi şəkildə tənqid olunub, federasiya rəhbərliyinin, xüsusən də, icraçı vitse-prezident Elxan Məmmədovun istefası tələb edilib. AFFA rəhbərliyi ardıcıl ikinci yoxlama oyununda məğlubiyyətin tənqidlərin sayını və “doza”sını artıracağını anladığından, bu addımı atmaq qərarına gəlib.
Martın 29-da keçiriləcək Azərbaycan – Latviya oyunu saat 15:00-da başlayacaq.
Bizi Facebook-da izləyin