AFFA-dan üç futbolçuya 4 oyunluq cəza

AFFA-nın İntizam Komitəsi Azərbaycanın 1-ci və 2-ci Liqalarında çıxış edən üç futbolçunu 4 oyunluq cəzalandırıb.

Komanda.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

1-ci Liqanın 27-ci turu çərçivəsində mayın 22-də baş tutan “Difai Ağsu” – “Zaqatala” görüşünün 33-cü dəqiqəsində qonaqların futbolçusu Roini İsmayılov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Fubolçunun bu hərəkətinə görə klub 300 manat cərimələnib.

2-ci Liqanın 26-cı turu çərçivəsində mayın 20-də baş tutan “Dinamo” – “Sheki City” qarşılaşmasında meydan sahiblərindən Şahin Əliyev, qonaqlardan isə Sərcan Omarov eyni cəzaya məruz qalıblar. Hər iki futbolçu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyunluq diskvalifikasiya ediliblər. Həm “Sheki City”, həm də “Dinamo” klubları 300 manat cərimələnib.

İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən “Zirə-2” klubunun üzvü Tamerlan Burcəliyevə isə 3 oyunluq cəza verib. Buna futbolçunun 35-ci turda “Kəpəz-2” ilə oyunun 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə yol verməklə meydandan qovulması səbəb olub. Komitə “Zirə-2”ni 200 manat cərimələyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button