AFFA-dan “Turan Tovuz”a xəbərdarlıq

AFFA “Turan Tovuz” klubuna xəbərdarlıq edib.

Komanda.az bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna Tovuz klubunun azarkeşlərinin Premyer Liqanın 15-ci turunda baş tutan “Araz-Naxçıvan”la matçın 83-cü dəqiqəsində hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA “Turan Tovuz” klubuna xəbərdarlıqla kifayətlənib.

15-ci turun “Şamaxı” – “Kəpəz” matçında Gəncə təmsilçisi 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə 700 manat cərimələnib.

“Zirə” – “Sumqayıt” oyununda isə qonaqlar 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button