AFFA-dan “Sabah”ın futbolçusuna sərt cəza
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 17-ci turunun “Kəpəz” – “Sabah” oyununda “Sabah”ın oyunçusu Ceyhun Nuriyev oyunun 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 3 aylıq sınaq müddəti təyin olunub, ümumilikdə 4 oyun olmaqla, 2 oyun şərti və 2 oyun cəzalandırılıb, klub 3200 manat cərimə edilib.
“Sabah” komandasının qapıçılar üzrə məşqçisi Vitaliy Kovalyov hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klub 800 manat cərimə edilib.
“Turan Tovuz” – “Neftçi” oyununda “Neftçi”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.
1-ci divizionun 15-ci turunun “İmişli” – “Turan Tovuz” oyununda “İmişli”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.
“İmişli” – “Turan Tovuz” oyununda meydana kənar şəxs daxil olduğuna görə “İmişli” 160 manat cərimə edilib.
“Şamaxı” – “Zirə” oyununda “Zirə”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.
“Səbail” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının oyunçusu Sahil Həsənov oyunun 90+2-ci dəqiqəsində bir oyunda ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb, klub 20 manat cərimə edilib.
“Zaqatala” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”nın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.
Bizi Facebook-da izləyin