AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda Premyer Liqanın 17-ci turunun bir oyunu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
Azərbaycan Premyer Liqasının 17-ci turunun “Səbail” – “Sabah” matçı meydan sahibi “Səbail”in səhlənkarlığı səbəbindən 1-ci hissə 3, 2-ci hissə 9 dəqiqə gec başlayıb. Bununla bağlı, Hakimlər-Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub.
Bunu nəzərə alaraq İntizam Komitəsi 23-№li protokola aşağıdaki qərarı əlavə edib:
Matçın başlama saatını təyin olunduğu vaxtdan və fasilədən sonra gecikdirdiyinə görə “Səbail” klubu 2400 manat cərimə olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin