AFFA-dan “Qəbələ”nin futbolçusuna 10 oyunluq cəza
“Qəbələ”nin U-15 komandasının futbolçusu Emil Təhməzov 10 oyunluq cəzalanıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Cəzaya futbolçunun fevralın 2-də AFFA U-15 Liqasında “Asta”ya qarşı matçdan sonra hakimə fiziki təzyiq göstərməsi (əli ilə vurması) səbəb olub. Sözügedən liqada çıxış edən “Metak” komandasının baş məşqçisi Mehman Səfərov isə “Turan Tovuz”la görüşdə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzaya məruz qalıb.
AFFA U-13 qızlar Liqasında çıxış edən “Səbail” komandasının baş məşqçisi Etibar Həsənov da 5 oyunluq diskvalifikasiya olunub. Buna onun fevralın 1-də baş tutan “Şəfa” ilə görüşün 45-ci dqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətməsi və ya jestlərdən istifadə etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılması səbəb olub.
Bizi Facebook-da izləyin