
AFFA-dan “Neftçi”nin sabiq vitse-prezidentinə forma hədiyyəsi
AFFA rəhbərliyi sabiq FİFA referisi, “Neftçi”nin keçmiş vitse-prezidenti Tahir Süleymanovu 60 illik yubileyi münasibətilə təbrik edib.
Komanda.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev tərəfindən səbəbkara üzərində 60 rəqəmi əks olunmuş forma hədiyyə olunub.
Süleymanov göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin