AFFA-dan MOİK-in məşqçisinə 5 oyunluq cəza
MOİK klubunun məşqçisi Musa Rəhimov 5 oyunluq cəzalandırılıb.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.
Rəhimov 1-ci Liqanın 3-cü turunda keçirilən MOİK – “Difai” matçının (2:2) 72-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün cəzalandırılıb.
MOİK klubu isə buna görə 400 manat cərimələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin