AFFA-dan klub nümayəndələrinə 5 oyunluq cəza

AFFA U-15 Liqasında çıxış edən “Metak” komandasının nümayəndələri 5 oyunluq cəzalandırılıb.

Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

Belə ki, “Nefçi”ni qəbul edən “Metak” komandasının cəzalı durumda olan baş məşqçisi Mehman Səfərov və nümayəndəsi Salman Səfərov oyunun gedişi zaman yan xətt hakimini dəfələrlə təhqir etdiklərinə görə 5 matçılq diskvalifikasiya ediliblər.

Bundan başqa, qarşılaşma bitdikdən sonra azarkeşlər meydana daxil olaraq yan xətt hakiminə təzyiq etməyə çalışdıqlarına görə “Metak”a xəbərdarlıq edilib.

İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 gün ərzində Apellyasiya Arbitraj Tribunalının İntizam Palatasına verilə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button