AFFA-dan israilli futbolçuya dəvət
Keçən mövsümün sonunda “Sumqayıt”dan ayrılan Əmir Ağayev Azərbaycan milli komandasının formasını geyinə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “fosonline.gr” məlumat yayıb. Yunanıstanın “Atromitos” klubunda çıxış edən Ağayev, yığmadan dəvət alıb. Məlumatda bildirilir ki, bununla bağlı AFFA-dan kluba məktub göndərilib. Yarımmüdafiəçi yığmanın Millətlər Liqasında Lüksemburq və Kiprlə keçirəcəyi oyunlar üçün çağırılıb. Mənbənin məlumatına görə, futbolçu toplanışa qatılmaq üçün 31 avqust – 8 sentyabr tarixlərində Bakıda olmalı, oyunlardan sonra yenidən Yunanıstan klubuna qatılmalıdır.
İsrailli futbolçunun ailəsinin azərbaycanlı olması və Ağayevin Azərbaycan pasportunun olduğu vurğulanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin