
AFFA-dan hakimləri təhqir edən baş məşqçiyə 5 oyunluq cəza
“Ağdaş”ın baş məşqçisi Ruslan Hüseynov AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.
Komanda.az xəbər verir ki, buna mütəxəssisin 2-ci Liqada 22-ci turun “Kür-Araz”a qarşı səfər oyununun 49-cu dəqiqəsində hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.
İntizam Komitəsi Ruslan Hüseynovu 5 oyun cəzalandırıb. “Ağdaş” klubu isə 400 manat cərimə edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin