AFFA-dan hakimlər otağına girən baş məşqçiyə 3 oyunluq cəza

Azərbaycan 1-ci Liqasında çıxış edən “Qaradağ Lökbatan” komandasının baş məşqçisi Amit Quluzadə 3 oyunluq cəzalandırılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Buna onun 17-ci turda MOİK-lə görüşdən sonra hakimlərin qərarına etiraz etdikdən sonra qırmızı vərəqə alması və ədalət təmsilçilərinin otağına daxil olması səbəb olub. “Qaradağ Lökbatan” klubu 300 manat cərimə edilib.

“İmişli”nin legioneri Gilyerme Silva isə 4 oyunluq cəza ilə üzləşib. O, “Mingəçevir”lə görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə almışdı. Bölgə təmsilçisi onun bu hərəkətinə görə 300 manat ödəyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button