AFFA-dan hakimləri təhqir edən məşqçiyə 5 oyunluq cəza

AFFA İntizam Komitəsi 1-ci Liqada çıxış edən “Mingəçevir”in məşqçisi Namiq İbrahimlini beş oyunluq cəzalandırıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna onun 7-ci turda “Baku Sportinq”lə matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir və təhdid etməsi səbəb olub.

Klub onun bu hərəkətinə görə 500 manat cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button