AFFA-dan “Göygöl”ün oyunçusuna üç oyunluq cəza
AFFA İntizam Komitəsi Azərbaycan 2-ci Liqasında çıxış edən “Göygöl”ün futbolçusu Elşən Mirzəyevi 3 oyunluq cəzalandırıb.
Komanda.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.
Buna futbolçunun 10-cu turda baş tutan “Göygöl” – “Şəfa” matçının 83-cü dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Bununla yanaşı, klub 200 manat cərimələnib.
Qurum həmçinin “Ağdaş” klubunu 150 manat cərimələyib. Buna 10-cu turda baş tutan “Ağdaş” – “Qusar” matçında meydan sahiblərinin azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi səbəb olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin