AFFA-dan baş hakimi vurmağa cəhd edən futbolçuya 5 oyunluq cəza

AFFA İntizam Komitəsi Həvəskar Liqanın 1-ci turu çərçivəsində keçirilən “Ərkivan” (Masallı) – “Şirvan” oyununda baş verən qayda pozuntuları ilə bağlı cəzaları açıqlayıb.

Komanda.az xəbər verir ki, matçın 88-ci dəqiqəsində qonaq komandanın futbolçusu Taleh Fətəliyev hakimlər briqadasının ünvanına təhqiramiz ifadələr işlətdiyinə və baş hakimi vurmağa cəhd etdiyinə görə 5 oyunluq diskvalifikasiya edilib.

Qarşılaşmanın son anlarında isə meydan sahiblərinin azarkeşləri hakimlər briqadasını vurmağa cəhd ediblər. “Ərkivan” klubu bu səbədən növbəti 3 ev görüşünü azarkeşsiz keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button