AFFA-dan Arif Əsədova yubiley təbriki

Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, zəngin futbolçu karyerasına malik, müxtəlif klublarda çıxış etmiş, gənclər arasında Dünya və Avropa çempionu olmuş, hazırda Azərbaycan milli komandasında məşqçi çalışan Arif Əsədovun 50 yaşı tamam olur.

Komanda.az xəbər verir ki, icraçı vitse-prezident Elxan Məmmədov bu gün Arif Əsədovla görüşərək əlamətdar yubileyi münasibətilə AFFA rəhbərliyi adından onu təbrik edib, cansağlığı, fəaliyyətində uğurlar arzulayıb. Yubilyara Azərbaycan milli komandasının futbolkası hədiyyə olunub.

Arif Əsədov göstərilən diqqətə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button