AFFA-dan 3 futzalçıya 12 aylıq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda futzal üzrə Yüksək Liqada baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

Futzal üzrə Yüksək Liqanın “Araz” – “Xəzər Cənub” matçının 25-ci dəqiqəsində “Xəzər Cənub” komandasının 24 nömrəli oyunçusu Hamid Raşidi rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə, 1 oyun cəzalanır.

Oyunun 48-ci dəqiqəsində “Xəzər Cənub” komandasının 13 nömrəli oyunçusu Amid Şocayi hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı – qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır.

Oyun başa çatdıqdan sonra baş vermiş xoşagəlməz hadisə ilə bağlı aşağıdakı qərarlar qəbul edilir:

“Xəzər Cənub” komandasının futzalçısı Raşid Qalapur, Amid Şocayi, cəzalı olduğuna görə oyunu tribunadan izləyən, amma qarşılaşma başa çatdıqdan sonra meydana daxil olan İsaq Surqalı hakimə fiziki təzyiq göstərdiyinə görə 12 ay müddətinə cəzalandırılır. Hər 3 oyunçu göstərilən müddətdə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılır.

Oyundan sonra hakimi təhqir etdiyinə görə “Xəzər Cənub”un futzalçısı Hamid Raşidi 3 oyun cəzalanır

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button