
AFFA-dan 2-ci Liqa təmsilçisinə texniki məğlubiyyət
AFFA İntizam Komitəsi 2-ci Liqada çıxış edən “Hypers Guba” komandasına texniki məğlubiyyət verib.
Komanda.az xəbər verir ki, buna 11-ci turda “Dinamo” ilə səfər matçında adı protokolda olmayan futbolçu Nail Təhməzlinin meydana daxil olması səbəb olub.
Qonaqlar hesab saxlanılmaqla (1:4) texniki məğlubiyyət alıblar.
Quba təmsilçisi bunun üçün 400 manat cərimələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin