AFFA daha bir komandaya texniki məğlubiyyət verdi

İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 2-ci Liqanın 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kürmük Qax” – “Kür-Araz” oyununun 43-cü dəqiqəsində “Kürmük Qax”ın 6 nömrəli futbolçusu Ramin Hacıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Kürmük Qax” 300 manat cərimə edilib.

“Göygöl” – “Qusar” oyununda “Göygöl”ün 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” 70 manat cərimə edilib.

“Göygöl” – “Qusar” oyununun 81-ci dəqiqəsində “Göygöl”ün 14 nömrəli futbolçusu Ülvi Cəlilov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Göygöl” klubu 150 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Göygöl” – “Qusar” oyununun 77-ci dəqiqəsində “Qusar”ın 26 nömrəli futbolçusu Mirmehdi Rzayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qusar” klubu 80 manat cərimə edilib.

“Göygöl” – “Qusar” oyununun 90+4-cü dəqiqəsində “Qusar”ın 13 nömrəli futbolçusu Viqar Əlibabayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qusar” klubu 50 manat cərimə edilib.

“Göygöl” – “Qusar” oyununun 82-ci dəqiqəsində “Qusar”ın heyətində 77 nömrəli futbolçu Emil Valehovun əvəzinə adı protokolda qeyd edilməmiş 5 nömrəli futbolçu Elnur Dəmirli oyuna daxil olduğuna görə “Qusar”a 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimə edilib.

“Füzuli” – “Dinamo” oyununda “Dinamo”nun 4 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” 70 manat cərimə edilib.

“Şəmkir” – “Şəfa” oyununun 28-ci dəqiqəsində “Şəfa”nın 23 nömrəli futbolçusu Nicat Abbasov azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 350 manat cərimə edilib.

“Şəmkir” – “Şəfa” oyununun 33-cü dəqiqəsində “Şəfa”nın 44 nömrəli futbolçusu Ramiz Qasımov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra oyunun baş hakimi və azarkeşləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubu 350 manat cərimə edilib.

“Lerik” – “Ağdaş” oyununun 75-ci dəqiqəsində “Lerik”in 9 nömrəli futbolçusu Azad Bayramzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.

“Lerik” – “Ağdaş” oyununun 82-ci dəqiqəsində “Lerik”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Lerik” klubu 150 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button