
AFFA-da yeni təyinat
AFFA-ya yeni mətbuat katibi təyin olunub.
Komanda.az AFFA-nın sosial şəbəkə hesabına istinadən xəbər verir ki, bu vəzifədə Elnur Məmmədli çalışacaq.
Tanınmış telejurnalist bundan əvvəl “Futbol+”, “ANS”, “AzTV” və “CBC Sport”da fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan Boks Federasiyasında mətbuat katibi vəzifəsində işləyib.
Elnur Məmmədli bu vəzifədə “Səbail”ə keçən Firuz Abdullanı əvəzləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin