AFFA-da yeni baş katib – Məmmədov 2 postdan birindən əl çəkdi
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
Komanda.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
- AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, AVRO-2020-nin və AVRO-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, AFFA-nın baş katibi vəzifəsi bu günə qədər baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunsun.
- Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibi təsdiq olunsun:
Sədr
Vəli Qasımov
Üzvlər
Fəxrəddin Manafov
Asim Xudiyev
Yunis Hüseynov
Qənirə Paşayeva
Sona Abbasova
Anar Həsənov
Rüstəm Əfsərli
Şaiq Qəribzadə
- AFFA-nın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
- Tofiq Məmmədov (Gəncə)
- Nazim Mehrəliyev (Ağdam)
- Hafiz Əliyev (Naxçıvan)
- AFFA-nın 30 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi təsdiq olunsun.
Sərxan Hacıyev baş katib postunda Elxan Məmmədovu əvəz edib. Məmmədov həm də, AFFA-da icraçı vitse-prezident postunu tutur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin