
AFFA-da Reqbi Federasiyasının rəhbərliyi ilə görüş
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Azərbaycan Reqbi Federasiyasının nümayəndələri arasında görüş keçirilib.
Komanda.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva, ARF-nin prezidenti Elşən Abbasov, vitse-prezidentlər Elvar Osmanovla Müşfiq Cəfərov və baş katib Samirə Allahverdiyevanın iştirak etdiyi görüşdə qarşılıqlı əməkdaşlıq müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin