AFFA cərimə olunub

UEFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə görə AFFA-nı cərimə edib.

Komanda.az xəbər verir ki, bunun səbəbi yığmanın Bakıda Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı AÇ-2025-in seçmə mərhələ matçının gec başlamasıdır.

AFFFA buna görə 5000 avro ödəməlidir. U-21-in baş məşqçisi Samir Əliyevə isə oyun gec start götürdüyü üçün xəbərdarlıq edilib.

Oktyabrın 12-də keçirilən oyun Şimali İrlandiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button