
AFFA çempion komandaya kubok əvəzinə şar verdi – FOTO
AFFA-nın təşkilatçılığı ilə Şamaxı şəhərindəki məktəblərdə təhsil alan 11-12 yaşlı uşaqlar arasında keçirilən mini-futbol turnirinin qalibinin mükafatlandırılma mərasimində federasiyanın qalib komandaya təqdim etdiyi hədiyyələr müzakirələrə səbəb olub.
Komanda.az xəbər verir ki, AFFA birinci yerin sahibi olan komandaya kubok əvəzinə 1 rəqəmi olan helium şarı təqdim edib.
Kuboku əvəz edən şarı qalib komandaya Azərbaycan millisinin keçmiş futbolçusu Vəli Qasımov verib.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin