AFFA bir komandanı çempionatdan kənarlaşdırıb
AFFA İntizam Komitəsi U-10 Liqasında çıxış edən Sumqayıtın “Odlar Yurdu” komandasını çempionatdan kənarlaşdırıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Komanda “Sumqayıt City” ilə matçda təyin olunan vaxtda meydanda olmayıb və bu səbəbdən texniki məğlubiyyət (0:3) alıb. Bu hal üçüncü dəfə təkrarlandığından, “Odlar Yurdu” yarışdan kənarlaşdırılıb.
U-14 Liqasında çıxış edən “İmişli” “Şamaxı” ilə matçda meydana adı protokolda olmayan futbolçu buraxdığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.
U-13 Liqasında Gəncə təmsilçiləri “Ruslan” və “Gəncəvi” komandalarının qarşılaşması ikincilərin heyətində yetərsay olmadığından baş tutmayıb. Bu səbəbdən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bu çempionatdakı “Hindarx” (Ağcabədi) –“Pambıqçı” (Bərdə) görüşündə də eyni hal yaşanıb. Bu dəfə “Pambıqçı” texniki məğlubiyyət alıb.
Bizi Facebook-da izləyin