AFFA-dan Premyer Liqa klublarına 15 min manatlıq yardım

AFFA Azərbaycan Premyer Liqası klublarına koronavirus pandemiyası ilə bağlı maliyyə vəsaiti köçürüb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqçi və futbolçu heyətinin AFFA-nın tibbi protokoluna uyğun olaraq müvafiq testlərdən keçirilməsi, ehtimal olunan yoluxmaların qarşısının alınması üçün sanitar-gigiyenik prosedurlara riayət olunması prosesinin dəstəklənməsi və sürətləndirilməsi məqsədi ilə AFFA tərəfindən hər bir Premyer Liqa klubuna dəstək olaraq növbəti dəfə 15 000 (on beş min) AZN maliyyə vəsaiti köçürülüb.

2020-2021 ci il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edən klublara koronavirus pandemiyası ilə bağlı, ümumilikdə, 328 000 (üç yüz iyirmi səkkiz min) AZN maliyyə vəsaiti dəstək olaraq köçürülüb.

AFFA ümumilikdə hər bir kluba 41 000 (qırx bir min) AZN maliyyə vəsaiti köçürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button