AFFA istədi, PFL Premyer Liqa və kubokun təqvimində dəyişiklik etdi

AFFA Azərbaycan milli komandasının Türkiyə yığması ilə 27 may 2021-ci il tarixdə nəzərdə tutulmuş yoxlama oyunu ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək, Premyer Liqanın və Azərbaycan kubokunun təqvimində müvafiq dəyişiklik etməyi xahiş edib.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, Azərbaycan milli komandasının mənafeyini, bu yoldaşlıq görüşünün iki ölkə arasındakı dostluq və qardaşlıq baxımından vacib olduğunu nəzərə alaraq, PFL aşağıdakı dəyişiklikləri həyata keçirib. Belə ki, Premyer Liqanın 27-ci turu mayın 14-də, 28-ci – sonuncu turu isə mayın 19-da olacaq. Azərbaycan kubokunun final matçı isə mayın 24-də keçiriləcək.

Hazırda Azərbaycan Premyer Liqasında 18 turdan sonra “Neftçi” 36 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button