“Qəbələ”nin şikayəti təmin edilmədi

AFFA Apellyasiya Arbitraj Tribunalı “Qəbələ” klubunun şikayətinə baxıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, Qəbələ təmsilçisinin şikayəti təmin edilməyib.

AFFA İntizam Komitəsi 16.03.2021-ci ildə qəbul etdiyi qərarla 14.03.2021-ci ildə Premyer Liqanın 20-ci turunun “Qəbələ” – “Zirə” oyununun (1:1) 29-cu dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Merab Qiqaurini aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılmış, klubu isə 2400 manat cərimələmişdi.

“Qəbələ” klubu qərara etiraz etsə də, şikayəti təmin edilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button