AFFA 6 komandanı 1-ci diviziona buraxmadı

“Füzuli”, “Ağsu Siti”, “Göyəzən”, “İrəvan”, “Qobustan” və “Bakılı” klubları 1-ci divizionda iştirak üçün AFFA-ya müraciət edib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı müvafiq qaydada araşdırma aparılıb. Bildirilib ki, sənədlərə baxış keçirilən zaman heç bir müraciətin AFFA və Peşəkar Futbol Liqası tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyən olunub.

Beləliklə, tələb olunan meyarlara uyğun şəkildə sənədlər təqdim olunmadığı üçün müraciət etmiş klubların 2022/2023 mövsümündə 1-ci divizionda çıxışı təmin olunmayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button