AFFA 3 klubu cərimə etdi

AFFA İntizam Komitəsi “Sabah” və “Kəpəz” klublarını cərimələyib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “bayquşlar” 5 oyunçusu “Turan Tovuz”a 0:3 hesabı ilə uduzduqları 5-ci turun görüşündə sarı vərəqə ilə cəzalandığı üçün 700 manat ödəyəcək.

Gəncə təmsilçisinin isə 4 üzvü “Araz-Naxçıvan”a 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmada eyni aqibəti yaşayıb və klubu 700 manat ziyana salıb.

“Səbail” “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldiyi matçda meydana kənar şəxslərin daxil olması ucbatından 800 manat cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button