AFFA 2 komandaya texniki məğlubiyyət verib

AFFA aşağı yaş qrupları üzrə liqalarda iştirak edən iki komandaya texniki məğlubiyyət verib.

Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.

U-10 Liqasında keçirilməli olan “Antiguoko İnternational” – “Sahil” oyunu ikincilərin meydana çıxmaması səbəbindən ləğv olunub və komanda 0:3 hesablı texniki məğlubiyyət alıb.

U-13 Liqasında “Həkəri” (Qubadlı) – “Sumqayıt City” matçı isə ev sahibi komandanın heyətinin yetərsay olmamasına görə baş tutmayıb. “Həkəri” 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button