
AFFA 2 komandaya texniki məğlubiyyət verib
AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.
Komanda.az xəbər verir ki, bu barədə qurumun son iclasında qərar qəbul olunub.
AFFA U-14 Liqasında “Sabah”la səfər matçında təyin edilən vaxtda meydanda olmadığına görə “Masallı”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
AHFF-nin birinciliyinin 5-ci turunun “Ərkivan” – “Salyan 2018” oyunu təhlükəsizlik xidməti təyin edilmiş vaxtda gəlmədiyi üçün baş tutmayıb. Bu səbəbdən meydan sahibi komanda texniki məğlubiyyətlə cəzalandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin