
AFFA 2-ci Liqa klubunun şikayətini qismən təmin edib
2-ci Liqada çıxış edən “Hypers Guba”nın apellyasiya şikayəti qismən təmin edilib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin hücumçu Ruslan Qurbanova verdiyi 4 oyunluq cəzanı 2 matça endirib. Təcrübəli oyunçuya üç aylıq sınaq müddəti təyin edilib.
Ruslan Qurbanov 14-cü turda “Şəmkir”lə görüşdə hakimi təhqir etdiyi üçün cəzalanmışdı. Quba təmsilçisi 300 manat cərimə olunmuşdu. İntizam Komitəsinin bu qərarı qüvvədə saxlanılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


