AFFA 2-ci Liqa klubunun futbolçusunu 4 oyunluq cəzalandırdı

Azərbaycan 2-ci Liqasında çıxış edən “Şirvan”ın futbolçusu Qərib İbrahimov 4 oyunluq cəzalandırılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Buna futbolçunun 7-ci turda “Quba” ilə matçın 5-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.

İbrahimovun hərəkətinə görə “Şirvan” klubu 1000 manat cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button