AFFA 2-ci Liqa klubunun baş məşqçisini 5 oyunluq cəzalandırıb
Azərbaycanın 2-ci Liqasında çıxış edən “Ağaş” klubunun baş məşqçisi Ruslan Hüseynov 5 oyunluq cəzalandırılıb.
Komanda.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Cəzaya onun 2-ci Liqanın 9-cu turunda “Füzuli”yə qarşı görüşün 43-cü dəqiqəsində baş hakimi təhqir etməsi səbəb olub. Üstəlik, onun bu hərəkətinə görə klubu 400 manat cərimələnib.
AFFA “Səbail”in U-17 komandasının futbolçusu Əli Quliyevi də 3 oyunluq cəzalandırıb. Buna futbolçunun noyabrın 5-də baş tutan “Sabah”la matçın 87-ci dəqiqəsində rəqibi təhqir etməsi və qırmızı vərəqə ilə meydandan qovulması səbəb olub.
Sözügedən matçda “Sabah”ın futbolçusu Akif Allahverdiyev eyni səbəbdən qırmızı vərəqə gördüyünə görə cəzalandırılıb. Lakin Allahverdiyev rəqibindən fərqli olaraq 4 oyunluq diskvalifikasiya olunub.
Bizi Facebook-da izləyin