AFFA 1-ci divizionun pulunu azaldır – Bəzi klublar fəaliyyətini dayandıra bilər
Koronavirusun yaratdığı maliyyə çətinliyinə görə AFFA-nın 1-ci diviziondakı klubların büdcəsini azaldacağı deyilir. Hətta bəzi klubların ümumiyyətlə fəaliyyətinə son qoyula bilər.
Bu barədə Komanda.az-a federasiyaya yaxın mənbədən məlumat daxil olub.
Birinci divizionda “Sabah”, “Qarabağ” kimi bəzi klubların əvəzedicilərindən başqa, demək olar ki, əksər komandalar AFFA-dan maliyyələşir. Məsələn, vaxtilə Premyer Liqada oynamış “Zaqatala”, “Turan Tovuz” və “Kəpəz” kimi komandalar birbaşa federasiyanın himayəsi sayəsində “yaşayır”.
Koronavirusun yaratdığı maliyyə çətinliyinə görə Azərbaycan milli komandasının “sükanı arxasına” da əcnəbi yox, yerli məşqçi gətiriləcəyi deyilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin