AFFA əməkdaşları UEFA-nın seminarında

AFFA əməkdaşları Yunanıstanın paytaxtı Afinada UEFA-nın təşkilatçılığı ilə “Kütləvi futbolda idarəçilik” mövzusunda seminarına qatılıblar.

Bu barədə Komanda.az-a AFFA-dan məlumat verilib.

20 ölkənin (Azərbaycan, Yunanıstan, Albaniya, Belçika, Xorvatiya, Danimarka, Estoniya, Farer Adaları, Finlandiya, Fransa, İsrail, İtaliya, Kosovo, Latviya, Malta, Şimali İrlandiya, Portuqaliya, İspaniya, Ukrayna və Uels) iştirak etdiyi seminara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Ziya Səfərov qatılıblar. Tədbir oktyabrın 16-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button