AEK-in futbolçusu Azərbaycan klubuna keçə bilər

Kiprin AEK (Larnaka) klubunun fransalı vingeri İmad Farac karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

Komanda az xəbər verir ki, bu barədə Kiprin “Kerkyda” portalı məlumat yayıb. Kiprli həmkarlarımız Azərbaycanın bir neçə klubunun Faracla maraqlandığını iddia edib. Lakin həmin klubların adı açıqlanmayıb. AEK fransalı vingerin transferindən 1 milyon avro gəlir əldə edə bilər.

Öz növbəsində, AEK-in idman direktoru Xavi Roka klublarımızdan təklif gəldiyini etiraf edib və bildirib ki, Larnaka klubuna qaneedici təklif gəlsə, yarımmüdafiəçi satılacaq.

Fransalı futbolçu Fransanın “Lill” klubunun yetirməsidir. O, həmçinin, Portuqaliyanın “Belenenseş” və Belçikanın “Muskron” klublarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button