Onların təklifini qəbul etmədim – Advokat

“Feyenoord”da mövsümün sonunda baş məşqçi Covanni van Bronkhorstun vəzifəsindən ayrılacağını açıqladıqdan sonra, Hollandiya təmsilçisinin Dik Advokatı bu posta gətirmək istədiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Advokat “Feyenoord”la görüşdüyünü təsdiqləyib. Hollandiya mətbuatına danışan mütəxəssis, bu təklifi qəbul etmədiyini də deyib:

“Feyenoord”la görüşümüz oldu. Ancaq danışıqları dayandırmaq qərarına gəldim.

“Feyenoord” kimi böyük bir klubun məni istəməsi qürurvericidir. Amma onların təklifini qəbul etmədim. Danışıqlar zamanı mənfi ab-hava yarandı. Buna nə mənim, nə də “Feyenoord”un ehtiyacı var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button