Skarlatake üçün ilk
Adrian Skarlatake “Zirə”də qol hesabını açıb.
Komanda.az xəbər verir ki, rumıniyalı müdafiəçi qəsəbə təmsilçisinin heyətində ilk dəfə rəqib qapısına yol tapıb. Bu, Azərbaycan Premyer Liqasının 14-cü turunun “Səbail”lə matçına təsadüf edib.
4:1 hesablı qələbəyə bir topla töhfə verən arxa xətt oyunçusu “Zirə”nin heyətində Premyer Liqada qol sevinci yaşayan 40-cı futbolçu olub. Adrian “qartallar”ın formasında 27-ci çempionat qarşılaşmasında fərqlənib. 2019-cu ilin son çempionat görüşünədək 39 oyunçu bunu bacarmışdı.
Skarlatake bu 40 futbolçunun yer aldığı siyahıda 22-ci legioner və ilk rumıniyalı oyunçudur. Bu 40 oyunçudan başqa, daha 5 rəqib futbolçu avtoqol müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin