
“Adımı təmizləmək üçün sona qədər mübarizə aparacam” – Braziliyalı futbolçu
“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa ilə bağlı məhkəmə iclası iyuna qədər təxirə salınıb.
O, iştirak etdiyi oyunlara mərclər təşkil etməkdə ittiham olunur.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu ona qarşı ittiham irəli sürüldüyünə görə çox təəccüblənir və üzülür:
“Mənə qarşı ittiham irəli sürüldüyünə görə çox təəccüblənirəm və üzülürəm. Adımı təmizləmək üçün sona qədər mübarizə aparacam”.
Prosesə sədrlik edən müstəqil komissiya işin mürəkkəbliyinə görə ona verilən üç həftə müddətində araşdırmasını başa çatdıra bilməyib. Nəticədə, işin baxılması iyuna qədər təxirə salınıb.
Paketanı bütün yarışlarda ömürlük qadağa gözləyir. Məhkəmə prosesində iştirak etdiyinə görə, o, martda keçirilən dünya çempionatının seçmə mərhələ oyunları üçün milli komandaya çağırışdan imtina etmək məcburiyyətində qalıb.
Bizi Facebook-da izləyin