Adil Şükürov: “Bundan sonra çempionatı düşünəcəyik”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov ölkə kubokunun 1/8 final mərhələsinin “Sabah”la (3:4) oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, o, yaxşı mübarizə apardıqlarını deyib:

“Komandamız yaxşı mübarizə apardı. Azarkeşlərin görmək istədiyi futbolu oynamaq istəyirik. Rəqib bu gün öz ustalığını göstərdi. Gələcəyə baxacağıq. Artıq bizim üçün kubok bitib. Bundan sonra çempionatı düşünəcəyik.

Məncə, bu gün normal hakimlik oldu. Oyunda bəzən hakimlərlə emosional danışırıq. Hakimlərin böyük səhvi yox idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button