Almaniya şirkəti “Liverpul”un yeni tərəfdaşı olacaq

Almaniyanın “Adidas” şirkəti “Liverpul”un yeni texniki tərəfdaşı olacaq.

Komanda.az “Sport Business”-ə istinadən xəbər verir ki, “Adidas” tenderin qalibi olub və 2025/2026 mövsümündən etibarən İngiltərə klubu ilə əməkdaşlıq edəcək.

Amerikanın “Nike” şirkəti hazırda İngiltərə klubunun tərəfdaşıdır. Tərəflər 2020/2021 mövsümündən əməkdaşlıq edir.

“Liverpul” İngiltərə Premyer Liqasının bu mövsümündə çempionluq titulu uğrunda mübarizə aparır. “Qırmızılar” hazırda turnir cədvəlində ikinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button