Zorlamada ittiham olunan Mbappe ilə bağlı istintaq başa çatıb

İsveç prokurorluğu kifayət qədər dəlil olmadığı üçün adı zorlamada hallanan “Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe ilə bağlı istintaqı dayandırıb.

Komanda.az xəbər verir ki, bu barədə “Agence France-Presse” nəşri məlumat yayıb.

İsveç mətbuatı daha əvvəl Mbappenin zorlamada əli olması ehtimalı ilə bağlı məlumat yaysa da, futbolçunun ətrafı bunu böhtan adlandırmışdı. 26 yaşlı forvardın qaldığı oteldə baş verən insidentdən sonra bir qız polisə müraciət etmişdi.

Mbappe İspaniya La Liqasının cari mövsümündə 15 oyun keçirib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button