Adı Türkiyə klubu ilə hallanan futbolçu “Qarabağ”dan ayrılıb

“Qarabağ” klubu hücumçusu Hamidu Keyta ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, 29 yaşlı fransalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), Azərbaycan kubokunda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Keyta “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Hamidu Keytanın Türkiyənin “Konyaspor” klubuna keçəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button