Adı “Sabah”la hallanan ispan hücumçu rəsmən İtaliya klubunda

“Ankaragücü”dən ayrılan Xese Rodriqes karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 20 yaşlı futbolçu “Sampdoriya”ya keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. A Seriyası komandası onunla mövsümün sonuna qədər müqavilə imzalayıb. “Sampdoriya” Xeseni azad agent kimi heyətinə qatıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti yayda daha 1 il uzadıla bilər.

Mövsümün əvvəlindən Türkiyədə çıxış edən Xese cari mövsümdə “Ankaragücü”nün heyətində 16 matçda 2 qol vurub. O, karyerası ərzində “Real”, “Las Palmas”, “Betis”, PSJ, “Sportinq”, “Stok Siti” kimi klubların da fromasını geyinib.

Xatırladaq ki, Xese Rodriqeslə bu qış fasiləsində Azərbaycanın “Sabah” klubu da maraqlanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button