Erməni futbolçunu “Qalatasaray”a atası buraxmayıb? – Açıqlama

Moskva “Dinamo”sunun və Rusiya millisinin erməni əsilli yarımmüdafiəçisi Arsen Zaxaryanın atası Norayr Zaxaryan oğlunun “Qalatasaray”a transferinin baş tutmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Komanda.az “sport24”-ə istinadən xəbər verir ki, bir gün əvvəl Türkiyənin “Gezen Dokuz” agentliyi sosial şəbəkədə “Qalatasaray”ın yarımmüdafiəçi və Moskva klubunun rəhbərliyi ilə razılığa gəldiyi, lakin Arsenin atasının oğlunun Türkiyəyə köçməsində maraqlı olmadığı barədə məlumat yayıb.

Norayr Zaxaryan bu məlumatın yalan olduğunu bildirib:

“Daha bir yalan! Qoy, nə istəyirlər, yazsınlar. Bir daha təkrar edirəm: Arsenlə mən Avropaya köçmək üçün yalnız variantları nəzərdən keçiririk”.

Zaxaryan “Dinamo” klubunun yetirməsidir. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button