Adı “Neftçi” ilə hallanan futbolçunun yeni klubu bilindi

Hakim Ziyexin yeni komandasının adına aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, mərakeşli futbolçu karyerasını ölkəsində davam etdirəcək.

Ziyex “Vidad”la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı oyunçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Hakim Ziyex “Herenven”, “Tvente”, “Ayaks”, “Çelsi”, “Qalatasaray” və “Əl-Duhail”də çıxış edib. Onun adı bir müddət əvvəl “Neftçi” ilə yanaşı hallanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button